"Davam" “Novruz Xonçası” ilə qazilərə baş çəkdi - FOTO

Hazırda oxunan: "Davam" “Novruz Xonçası” ilə qazilərə baş çəkdi - FOTO

16191

“Davam” Gənclər Hərəkatı tərəfindən başladılan “Novruz Xonçası” adlı kampaniya çərçivəsində davamçı gənclər bayram tətili günlərində Novruz sovqatı ilə dolu xonçalar hazırlayaraq Vətənimiz uğrunda qəhrəmancasına vuruşan və öz sağlamlıqlarını qurban verən qazilərimizi ziyarət ediblər. 

Bizim.Media xəbər verir ki, Davamçılar qəhrəman qazilərimiz olan İsa Mustafayev, Nicat Hüseynov, Mobil Əhmədzadə, Ruslan Əliyev, Pərvin Allahquliyev, İsmayıl Hüseynov, Murad Hüseynov, Asif Talıblı ilə görüşüb, bayramlaşıblar.

Görüşlər zamanı davamçı gənclər onların səhhəti, müalicələrinin gedişi ilə maraqlanıb, öz suallarını ünvanlayıblar. Səmimi söhbət əsnasında qazilərimiz öz döyüş xatirələrini gənclərlə bölüşüblər. 

 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyevdən “DAVAM”çı gənclərə etimad


“Davam” Gənclər Hərəkatının başlatdığı “Novruz Xonçası” adlı çağırışda digər gənclər təşkilatları da iştirak edib. Çağırışa qoşulan Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, “ASAN Könüllüləri” Təşkilatı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, “Aqrar İnkişaf Könüllüləri” Təşkilatı və “Böyük Qayıdış” Gənclər Təşkilatının nümayəndələri də Novruz xonçaları hazırlayaraq qazilərimizin görüşünə yollanıblar. “Davam” Gənclər Hərəkatı çağırışa göstərdiyi diqqət üçün hər bir gənclər təşkilatına təşəkkür edir. 

Kampaniya çərçivəsində görüşlərin keçirilməsində məqsəd Vətənimiz uğrunda ölümü gözə alan igidlərimizi bayram günlərində də diqqətdən kənarda qoymamaqdır.

Unutmamalıyıq ki, onlar Vətən torpaqlarının işğaldan azad olunması uğrunda böyük şücaət göstərərək Azərbaycan xalqına tarixi qələbəni bəxş edən qəhrəmanlardır. 

Qeyd edək ki, “Novruz Xonçası” kampaniyasına göstərdiyi dəstək üçün “Xurcun” butiklər şəbəkəsi və “Ulduz” şokolad fabrikinə təşəkkür edirik.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin