Prokurorluq Cəlilabaddakı qətllə bağlı MƏLUMAT YAYDI 

Hazırda oxunan: Prokurorluq Cəlilabaddakı qətllə bağlı MƏLUMAT YAYDI 

161890

Oktyabrın 24-də 1977-ci il təvəllüdlü Xaqani Əhmədlinin kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. 

Cəlilabad rayon prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, qəsdən adam öldürməkdə təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Cəlilabadda atasını döyən şəxsi qətlə yetirən gənc SAXLANILDI - VİDEO 


Faktla bağlı Cəlilabad rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1998-ci il təvəllüdlü Böyükxan Muradlı Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Hazırda ibtidai istintaq davam etdirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin