Qarabağda işləmək üçün müracət edən bərdə sakini gözləmədiyi bir mənzərə ilə qarşılaşıb. Məlub ki, sən demə o, işsiz deyilmiş. Özüdə 1 yox, 2 şirkətdə işləyirmiş. Həmdə yüksək əmək haqqı müqaviləsi ilə...
Bizim.Media xəbər verir ki, hadisə Bərdədə yaşayan Səxavət Fərzəlizadənin başına gəlib. O bunu bir müddət əvvəl iş üçün müraciət edərkən öyrənib.
Səxavət Fərzəlizadə deyir ki, düşdüyü bu vəziyyətə görə iş tapa bilmir. İndi vətəndaş adına olan bu işlərdən çıxmaq istəyir.
Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətindən "Xəzər Xəbər"ə bildirilib ki, əmək müqaviləsi hər iki tərəfin iştirakı və razılığı əsasında bağlanır. Vətəndaş üzləşdiyi problemi məhkəmə yolu ilə həll etməlidir.
Səxavət Fərzəlizadə sözügedən şirkətləri Bakıda axtarsa da onların yerini tapa bilməyib. O baş verənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib.
Mövzu ilə bağlı daha ətraflı videomaterialda:
Bizim.Media