5 il ərzində 121 polis əməkdaşı vəzifəsindən xaric edilib

Hazırda oxunan: 5 il ərzində 121 polis əməkdaşı vəzifəsindən xaric edilib

161811

Ötən 5 ildə xidməti intizam və etik davranış qaydalarını pozmuş 1.286 əməkdaş barəsində araşdırmalar aparılaraq 121 nəfərin xidmətdən xaric edilib. 

Bizim.Media xəbər verir ki, bunu daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov oktyabrın 27-də Daxili İşlər Nazirliyində (DİN) cari ilin 9 ayının yekunlarının müzakirəsinə həsr olunmuş onlayn formatda keçirilən kollegiya iclasında deyib. 

Nazirlik tərəfindən həyata keçirilən qətiyyətli tədbirlərin məntiqi nəticəsi kimi şəxsi heyət arasında neqativ halların minimuma endiyini, 139 nəfərin tutduğu vəzifədən azad olunduğunu, 1.026 nəfər haqqında başqa növ məsuliyyət tədbirləri görüldüyünü, cari ilin ötən dövründə isə polisə gətirilmiş şəxslərə qarşı kobudluğa yol vermiş 7 əməkdaşın xidmətdən xaric edildiyini, 16 əməkdaşın tutduğu vəzifədən azad olunduğunu, daha 21 əməkdaşa başqa növ intizam tənbehlərinin verildiyini qeyd edib. 

Nazir bütün ərazi polis orqanlarının rəislərindən insan hüquqlarının müdafiəsi sahəsində vəziyyətin, xüsusən tutulmuş və ya həbs edilmiş şəxslərin hüquqlarının qorunması işinin gündəlik nəzarətdə saxlanılmasını tələb edib, onlara qarşı kobudluğun, hər hansı formada pis rəftarın yolverilməzliyini, qanundankənar davranışın ciddi məsuliyyət doğuracağını, normativ-hüquqi aktların tələblərinə dönmədən riayət olunmasının vacibliyini xatırladıb, bu istiqamətlərdə fəaliyyətin nəticələrinə görə hər bir rəhbər vəzifəlinin şəxsən məsuliyyət daşıdığını nəzərə çatdırıb.

Bizim.Media
 

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin