Əhalinin neçə faizinin Qarabağ probleminin həlli ilə bağlı gözləntiləri DOĞRULDU? – SORĞU

Hazırda oxunan: Əhalinin neçə faizinin Qarabağ probleminin həlli ilə bağlı gözləntiləri DOĞRULDU? – SORĞU

161759

İlham Əliyev ölkə əhalisinin 99 faizinin Qarabağ probleminin həlli istiqamətində gözləntilərini tam doğruldub.

Bizim.Media xəbər verir ki, bu barədə Sosial Tədqiqatlar Mərkəzi məlumat yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Əhalinin neçə faizi Ermənistanla sülh müqaviləsini dəstəkləyir? – SORĞU


Məlumatda deyilir ki, Azərbaycanın öz ərazi bütövlüyünü və suverenliyini təmin edərək regionda çoxəsrlik işğalçılıq planları üzərində tarixi qələbəsi və bu fonda diplomatik müstəvidə dayanıqlı siyasəti strateji təfəkkürün, güclü siyasi iradənin təzahürüdür.  

Sosial Tədqiqatlar Mərkəzi ölkə rəhbərinin Qarabağ məsələsinin həlli istiqamətində fəaliyyəti ilə bağlı ictimai gözləntiləri öyrənmək məqsədilə növbəti sorğuları keçirib. Bu məqsədlə vətəndaşlara “Prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyəti gözləntilərinizi doğrultdumu?” sualı ünvanlanıb.

Sorğunun nəticələrinə əsasən, respondentlərin mütləq əksəriyyətinin rəyində dövlət başçısının Qarabağ probleminin həlli istiqamətində fəaliyyətindən birmənalı razılıq ifadə edilib.

Belə ki, iştirakçıların 75.0%-i prezidentin Qarabağ probleminin həlli istiqamətində fəaliyyətinin onun gözləntilərini tam doğrultduğunu, 24%-i əsasən doğrultduğunu deyib. 0.5%-i gözləntilərini əsasən doğrultmadığını, 0.3%-i heç doğrultmadığını bildirib, 0.3%-i bu barədə fikrini ifadə etməkdə çətinlik çəkib. 


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin