Goranboyda BİABIRÇILIQ – Adına maşın olmadığını təsdiq edən vətəndaşın sosial yardımı yenə KƏSİLDİ

Hazırda oxunan: Goranboyda BİABIRÇILIQ – Adına maşın olmadığını təsdiq edən vətəndaşın sosial yardımı yenə KƏSİLDİ

161730

Goranboyda növbəti biabırçılıq olub. Sosial yardımı kəsilən vətəndaşın adına növbəti dəfə avtomobil çıxıb. Hansı ki, həmin vətəndaş bir neçə il bundan əvvəl də analoji halla qarşılaşmışdı.

Bizim.Media-da məsələ ictimailəşəndən sonra isə avtomobilin əsl sahibi aşkar olunaraq problem həllini tapmışdı. 
 

MÖVZU İLƏ BAĞLI:

Goranboyda növbəti BİABIRÇILIQ – 3 il sosial yardım alan vətəndaşın adına AVTOMOBİL çıxıb


Söhbət rayonun Tatarlı kəndindən olan 1973-cü il təvəllüdlü, Sahib Məhəmməd oğlu Məmmədovdan gedir.

Şikayətçi növbəti dəfə Bizim.Media-ya müraciət edərək sosial yardımla bağlı sənədləri yeniləyərkən eyni problemlə qarşılaşdığını bildirib. 

Gülməli vəziyyətə səbəb isə adına çıxan amma faktiki başqasına məxsus olan avtomobillə bağlı problemin sistemdən çıxarılmamasıdır:

“1 ildir ki, sosial yardım alırdım. Oktyabrın 1-dən dayandırıldı. Sənədləri yeniləməliyəm. Sosial Müdafiə Fondunun Goranboy rayon şöbəsindən mənə bildirilib ki, adıma avtomobil var. Avtomobil isə Binəqədi rayonunda yaşayan, əslən Qubadlıdan olan  eyni ad və soyadlı şəxsə məxsusdur. Hansı ki, iki il əvvəl də həmin şəxsin avtomobili adıma çıxmışdı və Bizim.Media məsələni ictimailəşdirəndən sonra Gəncə Rayon Polis Şöbəsi adıma avtomobil olmamasını təsdiq edən arayışı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərmişdi. 

Həmin arayış arxivdə dura-dura yenidən eyni problemi əsas gətirlər. Vallah gülməli vəziyyətdir. Vətəndaşı bu qədər incitmək və süründürmək olar?”, - deyə Sahib Məmmədov əlavə edib. 

Qeyd edək ki, vətəndaş 2022-ci ilin yanvarına qədər 3 il müddətində də sosial yardım alıb. İlk dəfə adına avtomobil çıxdığı üçün sosial yardımı kəsilmişdi. Adına avtomobil olmadığı təsdiqlənəndən sonra da 1 il müddətində ünvanlı sosial yardım xidmətinə cəlb olunub. Bu il oktyabrın 1-dən yenidən sosial yardımı kəsilib. 

Məsələ ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun İctimaiyyətlə əlaqələr departamentinin müdiri Rəşad Mehdili şikayətçinin məlumatlarını götürüərək araşdırma aparılacağını deyib.

Mövzunu diqqətdə saxlayacağıq...

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin