İnternetsiz onlayn dərs... – Problem necə yoluna qoyulacaq?

Hazırda oxunan: İnternetsiz onlayn dərs... – Problem necə yoluna qoyulacaq?

1617

“Onlayn dərslərə start verilirsə, internetə qoyulan məhdudiyyət aradan qaldırılmalıdır. Amma bu zaman kütləviliyə də getmək olmaz”

Bu sözləri Bizim.Media-ya açıqlamasında noyabrın 2-dən məktəblərdə onlayn dərslərin başlanmasının ardınca internetə qoyulmuş məhdudiyyətin götürüləcəyi ehtimalından danışarkən təhsil eksperti Kamran Əsədov deyib:

“Hələlik ölkədə onlayn tədrisin həyata keçirilməsi üçün qanunverici baza yoxdur, bu istiqamətdə hüquqi baza formalaşmayıb. Orta və ali təhsil müəssisələrində tədrisi həyata keçirən 200 minə yaxın müəllimin heç də hamısı İKT bacarıqlarına malik deyil. Şagird və tələbələrin heç də hamısı üçün internet əlçatan deyil.  Regionlarda internetin sürətinin aşağı olduğunu bilirik. 
Digər tərəfdən, ölkədə fəaliyyət göstərən məktəblərin 1800-ə yaxını cəbhəyanı ərazilərdə yerləşir.  Həmin ərazilərdə isə internetlə bağlı xidmətlərdə ciddi problemlər var. Deməli, onlar üçün də onlayn tədrisin keçirilməsi problemli olacaq.  Müharibə ilə əlaqədar internetə məhdudiyyətlər qoyulub”.



Həmsöhbətimiz internetə qoyulan məhdudiyyətin tam olmasa da, qismən götürülməsinin tərəfdarıdır:

Gözləmək olar ki, noyabrın 2-dən sonra internetə qoyulan məhdudiyyətlər qismən aradan qaldırılacaq. Təklif etmişəm ki, bunu aradan qaldırmaq üçün hər bir şagirdin utec koduna müvafiq sms göndərməklə yalnız həmin sms göndərilən telefonların internet məhdudiyyəti aradan qaldırılsın. Yəni, indiki halda internet məhdudiyyətini kütləvi şəkildə aradan qaldırmaq dövlətin təhlükəsizliyinə xələl gətirər. Təhsil Nazirliyi bu günə qədər özünün onlayn platformasını, onlayn tədris, elektron məktəb, elektron universitetini yaratmalı idi, lakin yaratmayıb.

Bütün hallarda onlayn dərslərə start verilirsə, internetə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır. Amma kütləvi şəkildə yox. Yalnız müəyyən kompüter, planşet və telefonlara münasibətdə məhdudiyyət aradan qaldırılmalıdır.

Elçin, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin