Oktyabrın 26-da saat 16 radələrində 1982-ci il təvəllüdlü Həşimov Asif Arif oğlunun kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi barədə Şəki Şəhər Rayon Polis Şöbəsinə məlumat daxil olub.
Bu barədə informasiya Daxili İşər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya bildirilib.
Cinayət əməlini törətməkdə şübhəli bilinən Şəki rayon sakini, 1988-ci il təvəllüdlü İsayev Cavid Beybud oğlu könüllü olaraq polisə təslim olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən şəxs Oğuz rayon sakinidir.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:51 / 26.10.2023
Şəkidə 41 yaşlı kişi qətlə yetirildi
Hazırda oxunan: Şəkidə 41 yaşlı kişi qətlə yetirildi
Hazırda oxunan: Şəkidə 41 yaşlı kişi qətlə yetirildi
161653
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.