Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi işğaldan azad olunmuş Füzuli şəhərinə qayıdışla bağlı reportaj hazırlayıb.
Bizim.Media xəbər verir ki, reportajda füzulililərin Bakının Qaradağ rayonundan doğma yurd-yuvalarına köçünü əks etdirən görüntülər yer alıb.
“Füzulidən 11 yaşımda çıxmışam, məcburi köçkün olmuşuq. İndi də Füzuliyə qayıdırıq”, - sakinlərdən biri deyib.
“Füzuliyə geri dönürük. Çox həyəcanlı və sevincliyik. İnşallah bütün Füzuli camaatı mənim ailəm kimi öz yurduna dönəcək”, - digər sakin deyib.
Reportajda ailələrin öz mənzilləri ilə tanışlığı da yer alıb.
Həmin görüntüləri təqdim edirik:
Bizim.Media