Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı hansı ölkə vətəndaşlarına veriləcək?

Hazırda oxunan: Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı hansı ölkə vətəndaşlarına veriləcək?

161574

Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi məlum olub. 

Bizim.Media xəbər verir ki, bu, Baş nazir Əli Əsədovun imzaladığı “Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı”nın verilməsi qaydasının və həmin təhsil qrantının məbləğinin təsdiq edilməsi haqqında qərarda əksini tapıb. 

Qərara əsasən, təhsil qrantı Azərbaycanın dövlət büdcəsindən Elm və Təhsil Nazirliyinə ayrılan vəsait hesabına həyata keçiriləcək və məqsəd həmin ölkələrin vətəndaşlarının təhsilinə yardım etməkdir. 
Beləliklə, təhsil qrantı İslam Əməkdaşlıq Təşkilatına, Qoşulmama Hərəkatına üzv ölkələrin, inkişaf etməkdə olan Kiçik Ada Dövlətləri qrupuna daxil olan ölkələrin, eləcə də Azərbaycan xalqı ilə etnik, tarixi və mədəni bağlara malik xalqların və milli azlıqların yaşadığı ölkələrin vətəndaşlarına veriləcək. 

Qeyd edək ki, Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı Azərbaycan vətəndaşı olan və ya ölkə vətəndaşlığına xitam verilmiş şəxslərə ayrılmayacaq.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin