Son məlumata əsasən, TƏBİB-in tabeliyində fəaliyyət göstərən Sabunçu Tibb Mərkəzinin nəzdindəki 5 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında ümumilikdə 23 uşaq hospitalizasiya olunub. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Bu barədə Bizim.Media-ya TƏBİB-dən məlumat verilib.
MÖVZU İLƏ BAĞLI:
Bakıda dönərdən zəhərlənən 20 şagirdin adı AÇIQLANDI
Bildirilib ki, 1 uşaq ailəsinin iltizamnaməsi ilə, 2 uşaq isə ambulator müalicə üçün artıq evə buraxılıb:
"Hazırda 20 nəfərin müalicəsi davam etdirilir. Vəziyyətləri stabildir".
Qeyd edək ki, uşaqların səhhətləri Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, eləcə də TƏBİB rəhbərliyinin nəzarətindədir.
Bizim.Media