Elektrik cərəyanı vuran məktəblinin səhhəti ilə bağlı YENİ XƏBƏR – Atasından AÇIQLAMA

Hazırda oxunan: Elektrik cərəyanı vuran məktəblinin səhhəti ilə bağlı YENİ XƏBƏR – Atasından AÇIQLAMA

161468

Xəbər verildiyi kimi, Sumqayıtda 13 yaşlı yeniyetməni elektrik cərəyanı vurub. Ağır xəsarət alan 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlu əvvəlcə Sumqayıtdakı xəstəxanaya, daha sonra Respublika Yanıq Mərkəzinə yerləşdirilib. 

Başın, qulaq seyvanının, sağ yuxarı ətrafın, gövdənin arxa səthinin, sol dabanın 3-cü və 4-cü dərəcəli elektrotexniki yanığı, yanıq şoku diaqnozu qoyulan Aslan Əliyev sonra özəl xəstəxanaya köçürülüb. Yaxınlarının bildirdiyinə görə, onun cərəyan vuran əli çiyindən amputasiya edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

13 yaşlı gənci “tok” VURDU – Məsuliyyəti hansı qurum DAŞIYIR? – Ailəsindən AÇIQLAMA/FOTO 


Üç gündür “Baku Medical Plaza”nın reanimasiya şöbəsində müalicə alan yeniyetmənin səhhətində hər hansı irəliləyiş yoxdur.

Bu barədə Bizim.Media-ya açıqlamasında Aslan Əliyevin atası Zaur Əliyev məlumat verib. Onun sözlərinə görə uşaq koma vəziyyətindədir və durumu heç yaxşı deyil:

“İrəliləyiş yoxdur və stabil vəziyyətdədir. Huşu ayıq deyil. Həkimlər uşağın hələki əməliyyata hazır olmadığını söyləyirlər”. 

Qeyd edək ki, Aslan Əliyevin yaxınları açıq sahədə elektrik naqilinin aşağı hündürlükdən keçməsi səbəbindən bədbəxt hadisənin baş verdiyini iddia ediblər.

Alçina Amilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin