Bizim.Media YAZDI – Hövsanda qanunsuz küçə ticarəti LƏĞV OLUNDU – VİDEO  

Hazırda oxunan: Bizim.Media YAZDI – Hövsanda qanunsuz küçə ticarəti LƏĞV OLUNDU – VİDEO  

161456

Hövsan qəsəbəsinin mərkəzindəki küçə ticarətindən xəbər vermişdik. Dəfələrlə gündəmə gətirdiyimiz problem nəhayət ki, aidiyyəti qurumlar tərəfindən yoluna qoyulub.  
Uzun müddət idi ki, qəsəbənin “Suraxanski” deyilən ərazisindən “Şüşəli bazar”a qədər məsafədə səki boyu qanunsuz küçə ticarəti aparılırdı.  

İnsanların rahat gediş-gəlişi üçün maneələrin yaradıldığı ərazidə antisanitariya hökm sürürdü. Yolun ortasına düzülmüş səliqəsiz piştaxtalar, səpələnmiş boş sellofan və qutular, ərazini bürüyən üfunət sakinləri ciddi narahat edirdi.
 

MÖVZU İLƏ BAĞLI:

Hövsanın mərkəzi küçəsi kimlər tərəfindən ZƏBT OLUNUB? - VİDEO 


Üstəlik ərazidən istifadə edənlər sıxlıqla yanaşı, ticarətlə məşğul olanların bir-birlərinə qeyri-etik davranışlarından, söyüş və kobud ifadələrindən təngə gəlmişdilər.  

Bir sözlə sözügedən ərazidə bir neçə dəfə gündəmə gətirdiyimiz qanunsuz küçə ticarəti dünən axşamdan ləğv edilib. Daha doğrusu piştaxtalar Suraxanı Rayon İcra Hakimiyyəti tərəfindən qəsəbənin başqa bir ərazisində yaradılan bazara köçürülüb.   

Artıq gecədən etibarən ticarətçilər tərəfindən piştaxtalar boşaldılıb.  

Ümid edirik ki, illərdir zəbt edilən və xaotik mənzərə hökm sürən ərazidən rahat istifadə etmək mümkün olacaq.  

Bizim.Media həmin görüntüləri təqdim edir: 
 




Alçina Amilqızı, Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin