Zığdan Avtovağzala avtobus zolağı AYRILACAQ – Tıxaclara SON QOYULUR?

Hazırda oxunan: Zığdan Avtovağzala avtobus zolağı AYRILACAQ – Tıxaclara SON QOYULUR?

161431

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev “Report”a müsahibəsində yolların buraxılış imkanlarının artırılması üçün Zığdan Bakı Beynəlxalq Avtovağzal Kompleksinə kimi zolaq dəhlizinin yaradılması istiqamətində iş aparıldığını diqqətə çatdırıb. 

“Sevindirici haldır ki, bu gün paytaxtda hərəkət iştirakçılarının xüsusi avtobus zolaqlarının tələblərini yerinə yetirməsi nəticəsində avtobusların orta sürət həddinin artdığı müşahidə olunur. Hazırda Bakı-Sumqayıt şosesində də avtobus zolağı təşkil edilir”, - deyə AYNA rəhbəri vurğulayıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi azaldıldı


Məlum olduğu kimi, sözügedən istiqamətdə daim sıxlıq müşahidə olunur. 

Belə bir şəraitdə yeni zolağın çəkilməsi paytaxta nə qədər fayda verəcək?

Bizim.Media-nın bu və ya digər suallarını cavablandıran nəqliyyat sahəsi üzrə ekspert Eldəniz Cəfərov, bu plan praktiki cəhətdən mümkündür.

Onun sözlərinə görə, ilk növbədə uzaq məsafəyə gedən marşrut xətlərinin artırılmasına ciddi ehtiyac var:

“Ona görə ki, vətəndaş 20-30 kilometr məsafəni qət etmək üçün bir neçə avtobus dəyişməsin. Bu baxımdan da onun üçün bir marşrutdan istifadə etmək daha əlverişlidir”. 

Zığdan Beynəlxalq Avtovağzala iki yolun olduğunu söyləyən ekspertin sözlərinə görə, məhz bu yolları marşrut xəttinə çevirmək mümkündür: 

“Bunun biri, 8 Noyabr prospekti ilə Dairəvi yoldan keçməklə, digəri isə Zığ şossesi ilə Heydər Əliyev prospektinə, oradan da Ziya Bünyadov küçəsinə keçmək və 20 Yanvar ərazisi ilə Avtovağzala yeni xətt çəkmək olar. Yaxud da Z.Bünyadov küçəsindən Biləcəri qəsəbəsinə keçmək, oradan da Avtovağzala gəlmək olar. Bir sözlə hər yerdən yol var və bu məsələdə bir problemin olacağını görmürəm”.

Belə zolağın çəkilməsi mövcud vəziyyəti daha da ağırlaşdırmayacaq?

Hazırda paytaxtda belə bir təcrübənin mövcud olduğunu deyən müsahibimiz qeyd edib ki, bəzi yerlərdə zolaqların çəkilməsi avtomobillərin hərəkətini çətinləşdirir və sıxlıq yaradır:

“Ancaq bununla belə, vətəndaşların ictimai nəqliyyatdan istifadəsini asanlaşdırmaq üçün bəzi işlər görülür. Bu görə də belə məsələlərə böyük əhəmiyyət verilir. Təbii ki, bu da olmalıdır. Lakin bu o demək deyil ki, avtomobillə harəkət edən sürücü gözləməli və yalnız avtobusda olan sərnişinlər getməlidir. Bu gün avtobusdakı şəxs sabah şəxsi avtomobili ilə gedəcək. Buna görə də bütün vətəndaşların sərbəst və təhlükəsiz hərəkəti təmin olunmalıdır”.  

Ekspert bu məsələdə bir problemin olduğunu diqqətə çatdırıb:

“Yolların xətlənməsi zamanı zolaqlar çöx enli götürülür. Elə yollar var ki, orada 3, hətta 4 zolaq çəkmək mümkündür və 4 avtomobil yan-yana hərəkət edə bilər. Ancaq elə yollar var ki, 4 zolaq olmalıdır, amma 2 zolaq çəkilib və çox enlidir. Bunların enini bir qədər azaltmaq olar. Hətta onları 3 zolaqlı etməklə, birini avtobus xəttinə çevirmək olar”.

Rövşən Ziya, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin