Xəbər verildiyi kimi Sumqayıtda 13 yaşlı gənci elektrik cərəyanı vurub. Ciddi yanıq xəsarətləri alan yeniyetmənin vəziyyəti ağır olaraq qalır.
Xəsarət alan 2010-cu il təvəllüdlü Əliyev Aslan Zaur oğlunun bir qolu ambutasiya olunub və hazırda Baku Medical Plazada ağır durumdadır.
Ailəsindən saytımıza verilən açıqlamaya görə divar hasara çox yaxın məsafədən keçən 10 min voltluq elektrik cərəyanı 13 yaşlı uşağı boynundan vurub və digər orqanlarını da zədələyib.
Məsələ ilə bağlı Baş Prokurorluqdan Bizim.Media-nın sorğusuna cavab olaraq bildirilib ki, oktyabrın 22-də Sumqayıt şəhəri, Corat qəsəbəsində 2010-cu il təvəllüdlü Aslan Əliyevin elektrik cərəyanı vurması nəticəsində xəsarət alması faktı ilə bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır:
MÖVZU İLƏ BAĞLI:
13 yaşlı gənci “tok” VURDU – Məsuliyyəti hansı qurum DAŞIYIR? – Ailəsindən AÇIQLAMA/FOTO
“Hadisənin səbəbi ətraflı araşdırılaraq nəticəsi üzrə müvafiq qərarın qəbul olunması təmin ediləcək”, - deyə qurumdan qeyd edilib.
Alçina Amilqızı, Bizim.Media