Lənkəran rayonunda stadiondan oğurluq olub.
Bu barədə Bizim.Media-ya Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.
Bildirilib ki, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki stadiondan dəyəri 33 500 manat olan kabelləri oğurlamaqda şübhəli bilinən rayonun Sütəmurdov kənd sakini, əvvəllər məhkum olunmuş A.Şərifli saxlanılıb.
Şəxsi axtarış zamanı ondan 2 qrama yaxın narkotik vasitə heroin aşkarlanıb.
Ətrafında aparılan əməliyyat tədbirləri ilə onun müxtəlif vaxtlarda əlavə olaraq 2 evdən, 3 həyətdən, 1 təmir sexindən və qəbristanlıqdan metal borular, velosiped, su nasosları, təmir alətləri və digər əşyalar oğurlaması da müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
Bizim.Media