Xaçatryan dövlət ittihamçısı Müqəddəs Sultanovun sualı qarşısında çaş-baş qalıb.
Bizim.Media xəbər verir ki, ittihamçı müttəhimə “Xaçatryan, şahidlər bildirirlər ki, sizin kəndin sakinləri Meşəli camaatının mal-qarasını aparıblar. Bu ifadə ilə razısınız?” sualını ünvanlayıb.
MÖVZU İLƏ BAĞLI:
Xaçatryan məhkəmədə YENƏ AĞLADI: “Mənim əlimdə silah olmayıb” – VİDEO
Xaçatryan isə “elə bir şey olmayıb” cavabını verib. İttihamçı isə “Əgər orda olmamısınızsa, bunu hardan bilirsiniz?” sualını verib.
Müttəhim bu sual qarşısında çətin anlar yaşayıb.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.
Görüntüləri təqdim edirik: