Vaqif Xaçatryan məhkəmə iclasında Azərbaycan xalqından üzr istəyib.
Bizim.Media xəbər verir ki, lakin o haqqında səsləndirilən ittihamları qəbul etməyib.
MÖVZU İLƏ BAĞLI:
Xaçatryan məhkəmədə YENƏ AĞLADI: “Mənim əlimdə silah olmayıb” – VİDEO
"Mən bəzi ermənilərin törətdiyi hadisələrə görə, Azərbaycan xalqından üzr istəyirəm. Amma bildirirəm ki, mən Meşəli hadisələrində iştirak etməmişəm" - deyə, Xaçatryan bildirib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.
Nuranə Daxilqızı, Bizim.Media