Azərbaycan istehsalı olan 4 mexaniki vasitə minatəmizləmə fəaliyyətinə cəlb OLUNUR - FOTO 

Hazırda oxunan: Azərbaycan istehsalı olan 4 mexaniki vasitə minatəmizləmə fəaliyyətinə cəlb OLUNUR - FOTO 

161245

“Made in Azerbaijan” brendi altında istehsal olunan, beynəlxalq standartlara cavab verən 4 ədəd “Revival P” mexaniki minatəmizləmə maşını “İmprotex” Şirkətlər Qrupu tərəfindən Agentliyə təhvil verilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən bildirilib. 

Qeyd olunub ki, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarının miqyasının genişləndirilməsi məqsədilə maddi-texniki imkanlarını artırır. 

Humanitar minatəmizləmə fəaliyyəti məqsədilə istifadə edilən “Revival P” mexaniki vasitələri 2000 metrə qədər uzaq məsafədən idarə olunur. Uzaqdan idarəetmə funksiyası operatora mina və sursatların partlaması zamanı dağıdıcı partlayış zərbəsi və zədə yetirə biləcək qurğuların yayılma əhatəsindən kənarda qalmağa imkan verir.

Texnikanın istehsalında istifadə olunan xüsusi zirehli metal minatəmizləmə zamanı “Revival P”in mühərrik, digər hidravlik və elektron komponetlərini qoruyur. Təmizləmə dərinliyi 300 mm təşkil edən maşınlar böyük meyl bucağı və sərt torpaq örtüyü olan ərazilərdə rahat idarə edilir. 

“İmprotex” Şirkətlər Qrupu ilə bağlanmış müqaviləyə əsasən cari ilin sonunadək ümumilikdə 8 ədəd olmaqla, 6 ədəd “Revival P” və 2 ədəd “Revival T” minatəmizləmə maşınlarının alınması nəzərdə tutulub. 

Yerli istehsal olan mexaniki vasitələr işğaldan azad olunmuş ərazilərin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsinə, “Böyük Qayıdış” proqramı çərçivəsində keçmiş məcburi köçkünlərin öz doğma yurdlarında təhlükəsiz məskunlaşmasına böyük töhfə verəcək. 




Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin