“Vaqif Xaçatryan ittihamları qəbul etməsə də, Meşəli sakini Qəniməti baltalayıb”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Vaqif Xaçatryanın bu gün keçirilən məhkəmə iclasında zərərçəkmiş Alış Alışov deyib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəmə iclası BAŞLADI – VİDEO
“Atışma başlayanda mən kənddə idim. Rəhmətlik Novruzun evinin üstündə Vaqif Xaçatryan digər dəstə üzvləri ilə birgə toplaşmışdılar. Onları rəhmətlik Qəniməti Sadayın evində balta ilə vuranda görmüşəm”.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır. İş üzrə zərərçəkmiş kimi 58 vətəndaş və Xocalı Rayon İcra Hakimiyyəti tanınıb. Xaçatryanın vəkili Radmina Abulovadır.
Görüntüləri təqdim edirik: