“Azərbaycan Dəmir Yolları”nın mobil tətbiqi İSTİFADƏYƏ VERİLDİ  

Hazırda oxunan: “Azərbaycan Dəmir Yolları”nın mobil tətbiqi İSTİFADƏYƏ VERİLDİ  

161238

“Azərbaycan Dəmir Yolları” (ADY) QSC sərnişindaşıma fəaliyyətində müştəri məmnunluğunun təmin edilməsi məqsədilə innovativ addım olan “ADY Mobile” tətbiqini istifadəyə verib 

Bu barədə Bizim.Media-ya qurumun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, yeni mobil tətbiq sərnişinlərə səfərlərini daha rahat təşkil etməyə imkan yaradacaq.  

““ADY Mobile” vasitəsilə bütün istiqamətlər üzrə biletlərin alınması və qaytarılması, balansın artırılması, hərəkət qrafiklərinin yoxlanılması, dəmir yolları ilə bağlı bütün xəbər və yeniliklərin əldə edilməsi daha rahat olacaq.  

Mobil tətbiq istifadəçilərə ADY kartının balansını onlayn olaraq bank kartı vasitəsilə təhlükəsiz və rahat şəkildə artırmağa imkan verir. Mobil tətbiq vasitəsilə balansı plastik kart istifadə etmədən artırdıqdan sonra barkodu oxudaraq turniketdən keçmək mümkündür. “ADY Mobile”da təqdim olunmuş barkod oflayn rejimdə də çalışacaq.  
Bu tətbiq ADY-də gedən genişmiqyaslı transformasiya proseslərinin bir hissəsidir. Belə ki, müasir texnologiyalar və onların üstünlükləri daim araşdırılır, sərnişinlərə rahat və operativ xidmət göstərmək məqsədilə davamlı təkmilləşdirmə işləri aparılır”. 

Məlumatda o qeyd edilib ki, sərnişindaşıma sahəsində aparılmış optimallaşdırma sayəsində cari ildə dəmir yolları ilə ölkə daxilində daşınan sərnişinlərin sayı 5,3 milyon nəfər təşkil edib: 

“Hesablamalara görə, bu il ADY tarixində ilk dəfə olaraq sərnişinlərin sayı 6 milyon nəfəri keçəcək. Gələn il isə daşınan sərnişin sayının 7 milyondan çox olacağı proqnozlaşdırılır. 
Hazırda rəqəmsal dəmir yollarına transformasiya istiqamətində irəliləyən ADY beynəlxalq məsləhətçi şirkəti cəlb edərək İT sistemlərinin diaqnostikasını aparıb və "Rəqəmsallaşma Strategiyası"nı hazırlayıb. Strategiya əsasında bir çox yeniliklərlə yanaşı, sərnişindaşıma sahəsində xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində müasir həllər tətbiq olunacaq”. 

Surxay Atakişiyev, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin