Toponimiya Komissiyası azad edilən ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi barədə qərar qəbul edib.
Bu barədə Bizim.Media-ya Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Bildirilib ki, oktyabrın 23-də Milli Məclis yanında Toponimiya Komissiyasının iclası keçirilib.
Komissiyasının sədri İsa Həbibbəyli bildirib ki, gündəliyə Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi barədə məsələ daxil edilib.
Komissiya sədri İsa Həbibbəyli Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Qarabağda qazanılan tarixi qələbə, ölkə Prezidentinin Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət bayrağının ucaltması və bununla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa edilməsi ilə bağlı fikirlərini bölüşüb.
O, bölgədə yaranmış yeni reallıqlar çərçivəsində işğaldan azad olunmuş ərazilərdə bir çox yer adlarının dəyişdirilməsi ilə əlaqədar məsələlərə Toponimiya Komissiyasında baxıldığını və müvafiq qərarların qəbul edildiyini söyləyib.
Komissiya sədri bugünkü iclasda müzakirəyə çıxarılan məsələnin mahiyyəti barədə danışaraq, Abşeron rayonunun inzibati ərazisində yeni salınmış yaşayış məntəqəsinə ad verilməsi ilə bağlı vətəndaşlardan müraciət daxil olduğunu bildirib. O, qeyd edib ki, müraciətdə bu yaşayış məntəqəsinə “Şəfəq” adının verilməsi təklif olunur.
İclasda Abşeron rayonunun inzibat ərazisində salınmış yeni yaşayış məntəqəsinin “Şəfəq” adlandırılması məqsədəmüvafiq hesab olunub.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:15 / 23.10.2023
İşğaldan azad edilən ərazilərdə bir çox yer adları DƏYİŞDİRİLİB
Hazırda oxunan: İşğaldan azad edilən ərazilərdə bir çox yer adları DƏYİŞDİRİLİB
Hazırda oxunan: İşğaldan azad edilən ərazilərdə bir çox yer adları DƏYİŞDİRİLİB
161151
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.