Ağır yaralanan daha 27 qazimiz “YAŞAT” Fondu tərəfindən Türkiyəyə göndərilib.
Bu barədə Bizim.Media-ya Prezident yanında Vətəndaşlara Xidmət və Sosial innovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, "YAŞAT" Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.
"“YAŞAT” Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq. Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir", - məlumatda bildirilib.
Xatırladaq ki, daha əvvəl 24 qazi müalicə üçün Türkiyəyə göndərilmişdi. Onlardan 4-nün müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıblar.
Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:52 / 29.03.2021
27 qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO
Hazırda oxunan: 27 qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO
Hazırda oxunan: 27 qazi müalicə üçün Türkiyəyə göndərildi - FOTO
16112
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.