Şair Balayar Sadiq insult keçirib - HƏKİMLƏRİN DİAQNOZU

Hazırda oxunan: Şair Balayar Sadiq insult keçirib - HƏKİMLƏRİN DİAQNOZU

161030

Tanınmış şair Əliyev Balayar Sadiqoğlu (Balayar Sadiq) huşsuz vəziyyətdə 22.10.2023-cü il tarixində Təcili Tibbi Yardım avtomobili ilə TƏBİB-in tabeliyində olan Kliniki Tibbi Mərkəzə gətirilib.

Bizim.Media xəbər verir ki, sonra o, Komputer tomoqrafiyası edilib. 
 

MÖVZU İLƏ BAĞLI:

Bakıda tanınmış şair küçədə özündən getdi - FOTO


Həkimlərin müayinəsinə əsasən ona işemik insult diaqnozu qoyulub. Nitqində problem yaranıb. Hazırda şair reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti orta-ağır qiymətləndirilir.

Xatırladaq ki, bu gün o, 28 May metrosunun yaxınlığında huşunu itirərək yerə yıxılıb və təcili yardım avtomobili ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, B.Sadiq 1965-ci ildə Lerik rayonunda anadan olub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin