Şəhid ailələrinin və qazilərin müraciətlərinə hər zaman xüsusi həssaslıqla yanaşan SOCAR “Azəriqaz” İstehsalat Birliyi daha bir Vətən müharibəsi qazisinin müraciətini diqqətdən kənar qoymayıb.
Bizim.Media xəbər verir ki, Qax rayonunun Əmircan kənd sakini Cavad Mahmudov fərdi yaşayış evinin qazlaşdırılmasını xahiş edib.
Qısa müddət ərzində Birliyin Zaqatala Regional qaz istismarı İdarəsinin əməkdaşları əraziyə cəlb olunub və qazinin yaşadığı fərdi yaşayış evinin qazlaşdırılması işi icra edilib.
Cavad Mahmudov göstərilən diqqət və qayğıya görə ölkə başçısına və SOCAR rəhbərliyinə təşəkkür edib.
Bizim.Media