Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak etdilər

Hazırda oxunan: Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak etdilər

160937

Noyabrın 28-30-da Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində Birləşmiş Millətlər Təşkilatının Narkotiklər və Cinayətkarlıq İdarəsinin təşkilatçılığı ilə “İnternetdən terrorçuluq məqsədləri üçün istifadə edilməsinin qarşısının alınması və mübarizə sahəsində təcrübə mübadiləsi”x9d mövzusunda konfrans keçirilmişdir.

ABŞ, Rusiya, Qazaxıstan, Niderland, Gürcüstan, Özbəkistan, Tacikistan, Türkmənistan, Qırğızıstan və Avropa İnsan Hüquqları Məhkəməsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycan Prokurorluğunu Baş Prokurorluğun Beynəlxalq əlaqələr idarəsinin rəis müavini Anar Məmmədov və Baş Prokurorluğun idarə prokuroru Alim Cəbrayılov təmsil etmişlər.

Konfransın keçirilməsində məqsəd transmilli cinayətlərin istintaqı zamanı mərkəzi orqanlar arasında beynəlxalq və regional əməkdaşlığın inkişaf etdirilməsi olmuşdur.

Tədbir çərçivəsində terrorçuluq məqsədilə internetdən istifadə edilməsi ilə bağlı cinayət işləri, həmin cinayətlərin istintaqı zamanı əməliyyat məlumatlarının və sübutların toplanılması, xarici ölkələrdən elektron sübutların alınması və internetdən terrorçuluq məqsədilə istifadə edilməsinin qarşısının alınması mövzuları ətrafında fikir mübadiləsi aparılmışdır.

Azərbaycan nümayəndə heyəti tərəfindən qarşılıqlı hüquqi yardım haqqında vəsatətlərin icrası zamanı xarici dövlətlərdən alınan və digər ölkələrə göndərilən sübutlar, eyni zamanda müzakirə edilən digər məsələlər ətrafında geniş məlumat verilmişdir.

Tədbir çərçivəsində maraq doğuran suallar müzakirə edilmişdir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin