Bir zamanlar Təhminə adı məşhurlaşan azərbaycanlı model Rövşanə Kərimova "Elgizlə izlə" verilişinin qonağı olub.
Bizim.Media xəbər verir ki, narkotik aludəsi olan keçmiş model artıq sağalmaq istədiyini dilə gətirib.
Proqramın aparıcısı Elgiz Əkbər komandası ilə birlikdə Təhminəni əvvəlki vəziyyətinə qaytarmaq üçün əllərindən gələni edəcəyinə dair söz verib.
Rövşanə bildirib ki, paytaxtın mərkəzində yerləşən 5 mənzilini narkotikə görə satıb. O, hazırda küçələrdə qalıb dilənçilik etdiyini deyib.
Qeyd edək ki, Rövşanə Kərimova bir zamanlar Xalq artisti Faiq Ağayev, müğənni Samir Bağırovun kliplərinə çəkilib.
Daha ətraflı videodmaterialda:
Bizim.Media