Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında sessiya keçirilib – FOTO

Hazırda oxunan: Qoşulmama Hərəkatı Gənclər Təşkilatının mənzil-qərargahında sessiya keçirilib – FOTO

160882

21 oktyabr 2023-cü il tarixində Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Fərid Cəfərov Qoşulmama Hərəkatı Gənclər Təşkilatının (QHGT) mənzil-qərargahında “Mədəniyyət və gənclərin iştirakı vasitəsilə Qoşulmama Hərəkatına Üzv Dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsi” mövzusunda sessiya ilə çıxış edib.

Bizim.Media xəbər verir ki, 40-dan çox gəncin iştirakı ilə baş tutan sessiya QHGT-nin katibliyinin rəhbəri Leyla Həsənovanın açılış nitqi ilə başlayıb.  

L. Həsənova iştirakçıları salamlayaraq tədbirə göstərdikləri maraq üçün onlara təşəkkürünü bildirib. Daha sonra, F. Cəfərov, gənclərin mədəniyyət sahəsində əvəzolunmaz rolu və mədəniyyət amilinin əhəmiyyətindən, gənclərin potensialından səmərəli istifadə yollarından bəhs edib. Həmçinin, mədəniyyətin inkişafı və gənclər yolu ilə təbliğinin Qoşulmama Hərəkatına Üzv Dövlətlər arasında həmrəyliyin və birliyin gücləndirilməsində mühüm rol oynadığını qeyd edib. 

Tədbir sual-cavab sessiyası ilə davam edib. Sessiyada iştirakçılar Fərid Cəfərova mövzu ilə əlaqədar çoxsaylı suallarını ünvanlayıblar. Tədbirin sonunda, xatirə fotosu çəkilib. 

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ölkəmizin Hərəkata sədrliyi dövründə yaradılan Qoşulmama Hərəkatı Gənclər Şəbəkəsi Hərəkatın institusional inkişafı üçün atılmış vacib addımlardan biridir. 2022-ci ilin iyul ayında Şuşa Akkordları sənədi ilə Şəbəkədən Təşkilata çevrilmiş QHGT-nin əsas missiyası cəmiyyətin aktiv üzvləri olan gənclərin müasir, milli və dünyəvi problemlərin həllində həmrəy fəaliyyətinə təkan verməkdir. 















Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin