Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi – FOTO 

Hazırda oxunan: Azərbaycan nümayəndə heyəti Haaqada Xocalı abidəsini ziyarət etdi – FOTO 

160880

Niderland Krallığında səfərdə olan Azərbaycan nümayəndə heyəti Haaqa şəhərindəki Xocalı abidəsini ziyarət edib. 

Bizim.Media “demokrat.az”a istinadən xəbər verir ki, Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzinin (ATXƏM) və Hollandiya Azərbaycan-Türk Kültür Dərnəyinin təşkilatçılığı ilə baş tutan anım mərasimində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, Niderlanddakı Azərbaycan diaspor təşkilatı olan Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin sədri İlhan Aşkın, Benelüks Azərbaycanlıları Konqresinin sədri Elsevər Məmmədov, Belçika Gent Türk Ocaqlarının Fəxri Sədri Recep Tuncer Sarı, Azərbaycan Belçika Dostluq Cəmiyyətinin sədri Ayhan Dəmirçi, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli və yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər. 

Mərasim iştirakçıları Xocalı abidəsinin önünə gələrək, soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad ediblər. 

Daha sonra çıxış edənlər Xocalı soyqırımı məsələsində ədalətə nail olmaq naminə “iki dövlət, bir millət”in diasporunun var gücü ilə çalışdığının önəmini vurğulayıb, bu birliyin nəticəsində artıq Xocalı qurbanlarının qisasının alındığını deyiblər. 

Mərasim iştirakçıları qalib Azərbaycan dövlətinin Xocalı soyqırımını törədənlərin hər birinin ədalət qarşısına çıxarılmasına nail olacağına əminlik ifadə edib.  

Çıxış edənlər həmçinin bildirib ki, Azərbaycan xalqı Qarabağ kimi, tarixi torpaqlarımız olan Qərbi Azərbaycana da mütləq geri qayıdacaq. Artıq bunun üçün tarixi zərurət yaranıb və biz mütləq Zəngəzura, İrəvana, Göyçəyə, Dərələyəzə dönəcəyik.  
ATXƏM sədri İlham İsmayılov, millət vəkilləri Əziz Ələkbərli və Hikmət Babaoğlu İlhan Aşkın başda olmaqla, dərnəyin təşəbbüsü ilə burada 2007-ci ildə abidə ucaldıldığını xatırladaraq, dərnək başqanına təşəkkürlərini çatdırıblar.  

Qeyd edək ki, oktyabrın 21-də Niderland Krallığının Haaqa şəhərində “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri”  adlı beynəlxalq konfrans keçiriləcək.

Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və Belinuks Azərbaycanlıları Konqresinin birgə təşkilatçılığı ilə Niderland Parlamentinin (Tweede Kamerin) “Nieuwspoort” Media Mərkəzində keçiriləcək beynəlxalq tədbir Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə baş tutacaq. 

Onu da bildirək ki, sözügedən tədbirdə iştirak etmək üçün Azərbaycan nümayəndə heyətinin tərkibində ATXƏM sədri İlham İsmayılov, millət vəkili, Qərbi Azərbaycan İcmasının rəhbəri Əziz Ələkbərli, millət vəkili, Qərbi Azərbaycan icmasının sədr müavini Hikmət Məmmədov, “Vətəndaşların Sosial Rifahı Naminə” İctimai Birliyinin sədri İradə Rzazadə, ATXƏM-in icra katibi, “Birlik” jurnalının baş redaktoru İlqar İlkin və Demokrat.az xəbər portalının rəhbəri Vasif Həsənli Niderlandda səfərdədir. 


















Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin