Bakı Təşəbbüs Qrupunun icraçı direktoru: "Neokolonializmlə mübarizəmiz davam edəcək"

Hazırda oxunan: Bakı Təşəbbüs Qrupunun icraçı direktoru: "Neokolonializmlə mübarizəmiz davam edəcək"

160877

"Bakı Təşəbbüs Qrupu artıq rəsmi fəaliyyətə başlayıb. Bizim neokolonializmə qarşı mübarizəmiz davam edəcək". 

Bizim.Media xəbər verir ki, bunu Bakı Təşəbbüs Qrupunun Bakıdakı ofisinin açılış mərasimində Qrupun icraçı direktoru Abbas Abbasov deyib. 

O bildirib ki, Qrupun fəaliyyəti beynəlxalq hüquq çərçivəsində davam etdiriləcək: "Bildiyiniz kimi, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi yekunlaşır. Amma neokolonializmlə mübarizəmiz davam edəcək". 
Qeyd edək ki, Bakı Təşəbbüs Qrupu Azərbaycan Respublikasının sədrlik etdiyi Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər toplantısı çərçivəsində 6 iyul 2023-cü ildə Bakıda “Müstəmləkəçiliyin tamamilə aradan qaldırılmasına doğru” adlı konfransın iştirakçıları tərəfindən yaradılıb. Bakı Təşəbbüs Qrupu XXI əsrdə hələ də müstəmləkəçilikdən əziyyət çəkən dünyanın müxtəlif bölgələrində yerləşən xalqların azadlıq uğrunda apardıqları mübarizəyə dəstək verir. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin