Türkiyənin "Baykar" şirkəti yeni kəşfiyyat və zərbə PUA-sı “Bayraktar TB3”ün ilk uğurlu uçuşunu və enişini elan edib.
Bizim.Media xəbər verir ki, yeni Bayraktar TB3 əvvəlki versiya olan TB2-dən hər cəhətdən üstün xüsusiyyətlərə malikdir.
Belə ki, TB-2-nin maksimal uçuş çəkisi 650 kq. təşkil etdiyi halda, TB-3-də bu çəki 1450 kiloqrama çatdırılıb
.
Bundan əlavə maksimal sürəti 222 km/saat olan TB-2-nin uçuş müddəti 24 saat təşkil edirdi. TB-3-ün maksimum sürəti 300 km/saat təşkil edir və 50+ saat uçuş qabiliyyətinə malikdir.
Bizim.Media