Bizim.Media yazdı, Xırdalanın işıq probleminin həlli üçün İŞLƏRƏ BAŞLANILDI – FOTO  

Hazırda oxunan: Bizim.Media yazdı, Xırdalanın işıq probleminin həlli üçün İŞLƏRƏ BAŞLANILDI – FOTO  

160632

Xırdalanın mərkəzi prospektində işıqlandırma probleminin olması ilə bağlı məqalə dərc etmişdik. Sözügedən məqalədə gecələr işıqlandırmanın olmaması səbəbindən sakinlərin yaşadığı problemlər və üzləşdikləri təhlükələrdən bəhs olunub. 

Artıq bu gün səhər saatlarından başlayaraq problemin həlli istiqamətində işlərə başlanılıb. 

Abşeron Rayon İcra Hakimiyyətindən Bizim.Media-ya bildirilib ki, uzun müddət ərzində Xırdalan şəhərinin bir neçə prospekt və küçəsində küçə işıqları ilə bağlı problemlər mövcud olub: 
 

MÖVZU İLƏ BAĞLI:

Xırdalanın işıq PROBLEMİ – Qaranlığa qərq olmuş küçələr – FOTO 


“Tərəfimizdən aparılmış monitorinq nəticəsində küçə işıqlandırması şəbəkəsinin bir çox hissələrində kabellər və texniki avadanlıqların oğurlanması, əksər texniki hissələrinin isə istismar müddətini başa vurduğu aşkar edilib. Son 2 il ərzində şəhərin bir çox küçələrində,  parklarda və məhəllələrdə küçə işıqlandırması bərpa olunur.  

Belə ki, artıq şəhərin Heydər Əliyev prospektinin böyük hissəsi, M.Ə.Rəsulzadə, Səttar Bəhlulzadə, Vəli Axundov, Nizami, 20 Yanvar, Şıxəli Qurbanov, Səməd Vurğun, Mirəsədulla Mirqasımov küçələrində, “Misir Parkı”, şəhərin 28-ci məhəlləsində yerləşən “Ana və uşaq Parkı” və bir neçə məhəllədə küçə işıqları tam bərpa edilib.  

Nəqliyyatın intensiv hərəkətinin təmin edilməsini gözləməklə işlərin gedişatının ləngiməməsi, eləcə də nəzərdə tutulan tədbirlərin qısa müddətdə tamamlanması üçün tərəfimizdən əlavə mütəxəssislər cəlb edilib. Onu da qeyd edək ki, işlərin fasiləsiz davamlılığını təmin etmək məqsədi ilə tələb olunan bütün texniki ləvazimatlar tərəfimizdən hazır vəziyyətdə saxlanılıb.

Görüləcək işlərin həcmini nəzərə alsaq bu sahədə bərpa və yenidənqurma işlərinin ilin sonunadək tamamlanması, əlavə küçələrin isə işıqlandırılması tərəfimizdən planlaşdırılıb.

Əlavə olaraq bildiririk ki, Abşeron Rayon İcra Hakimiyyətinin müraciəti əsasında cari ildə Bakı Abadlıq İdarəsi tərəfindən rayon ərazisində 111 kilometr uzunluğunda olan 86 küçəyə gecə işıqlandırılması çəkilib. Növbəti mərhələdə isə 172 kilometr uzunluğunda, ümumilikdə 233 küçənin gecə işıqlandırılması ilə təmin olunması planlaşdırılıb”.  

Qeyd edək ki, Abşeron Rayon İcra Hakimiyyətindən Xırdalanda küçələrin işıqlandırılması ilə bağlı elan edilən tender, görülməsi nəzərdə tutulan işlərin hansı qiymətə başa gələcəyi ilə bağlı açıqlama veriləcəyi bildirilsə də, hələlik bununla bağlı suallarımıza cavab verilməyib.

Mövzunu diqqətdə saxlayacağıq.










Nuranə Daxilqızı, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin