Son vaxtlar iki dəhşətli hadisə, müğənni Yaqut Nərimanın qətli və Orxan Məmmədlinin ölümü ilə bağlı həm televiziyalarda, həm də sosial şəbəkələrdə ciddi müzakirələr aparılır. Müxtəlif insanlar müxtəlif ehtimalları irəli sürür, hətta mərhumun və şübhəli şəxsin haqqında xoşagəlməyən ifadələr işlədirlər. Halbuki, istintaqı gedən müddətdə bu cür müzakirələrin açılması yolverilməzdir.
Hüquq buna icazə verirmi?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Əsabəli Mustafayev bildirdi ki, təqsirsizlik prezumpsiyası deyilən bir hüquqi anlayış var:
“Bu Avropa Konvensiyasının 6.2 maddəsində də təsbit olunub. Təqsirsizlik prezumpsiyası o deməkdir ki, məhkəmə hökmü olana qədər ittiham olunan şəxs təqsirsiz sayılır. Ancaq məhkəmə hökmündən sonra kimsə təqsirli sayıla bilər. Nə istintaq dövründə, nə də ki, məhkəmənin əvvəllərində şəxs təqsirli sayılmır, şübhəli şəxs hesab edilir.
Doğrudur, şübhəli şəxs barədə həbs-qətimkan tədbiri seçilə, müxtəlif məhdudlaşdırıcı tədbirlər görülə bilər. Amma bu o demək deyil ki, həmin şəxs təqsirkar kimi tanınır”.
Hüquqi məsuliyyət yaradır
Əsabəli Mustafayev onu da əlavə edib ki, son günlər bir neçə qətl hadisələri ilə bağlı elektron və yazılı mətbuatda çoxsaylı müzakirələr aparılır:
“Qətl edilən adamın yaxınlarının müxtəlif fikirləri ictimailəşdirilir. Burda təqsirsizlik prezumpsiyasının pozulması halları var. Çünki, istintaq təzə başlayıb, şübhəli şəxs haqqında həbs-qətimkan tədbiri seçilsə də hələki məhkəmənin hökmü yoxdur. Bununla belə, şübhəli şəxs barədə mətbuatda müxtəlif istiqamətdə müzakirələr gedir. O adam pislənilir, tənqid olunur, mənfi xüsusiyyətləri açıqlanır.
Bu cür hərəkətləri istintaqın gedişatına təsir kimi qiymətləndirmək olar. Eləcə də, təqsirsizlik prezumpsiyasının pozulması da hesab etmək olar. Çünki, mətbuatda gedən məlumatları istintaqı aparan şəxslər də oxuyur. Onlar ictimai qınağın təzyiqi və təsiri altında düzgün olmayan qərarlar qəbul edə bilərlər. Ona görə də məhkəmə höküm çıxarana qədər bu cür müzakirələrin açılması qanun pozuntusudur və həmin şəxslər üçün hüquqi məsuliyyət yaradır”.
Surxay Atakişiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
10:00 / 20.10.2023
“Cinayət işlərini efirdə müzakirə edənlər məsuliyyətə cəlb oluna bilərlər” – XƏBƏRDARLIQ
Hazırda oxunan: “Cinayət işlərini efirdə müzakirə edənlər məsuliyyətə cəlb oluna bilərlər” – XƏBƏRDARLIQ
Hazırda oxunan: “Cinayət işlərini efirdə müzakirə edənlər məsuliyyətə cəlb oluna bilərlər” – XƏBƏRDARLIQ
160616
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.