Ağdamda dəmir yolu və avtovağzalın tikintisi bu tarixdə YEKUNLAŞACAQ 

Hazırda oxunan: Ağdamda dəmir yolu və avtovağzalın tikintisi bu tarixdə YEKUNLAŞACAQ 

160593

“Ağdamda dəmir yolu kompleksinin və avtovağzalın tikintisinin 2024-cü ilin sonunadək tamamlanması planlaşdırılır”. 

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Qarabağ iqtisadi rayonuna daxil edilmiş işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev "Xəzər Tikinti Həftəsi" çərçivəsində panel müzakirələrdə deyib. 

Onun sözlərinə görə, 44 kilometrlik Bərdə-Ağdam yolunun tikintisi artıq yekun mərhələdədir. 
"Ağdamın kəndlərində və yaşayış məhəllələrində torpaq işləri artıq başlayıb, tezliklə Sarıcalı, Kəngərli və Xıdırlı kəndlərində evlərin tikintisinə başlanılacaq. Digər kəndlər layihələndirmə prosesindədir", - B. Hacıyev deyib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin