BİZİM TƏQVİM: 19 oktyabrda baş vermiş tarixi hadisələr

Hazırda oxunan: BİZİM TƏQVİM: 19 oktyabrda baş vermiş tarixi hadisələr

160456

19 oktyabr 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Soltanlı, Əmirvarlı, Maşanlı, Həsənli, Əlikeyxanlı, Qumlaq, Hacılı, Göyərçinveysəlli, Niyazqullar, Keçəl Məmmədli, Şahvəlli, Hacı İsmayıllı, İsaqlı kəndlərini Ermənistanın işğalından azad edib.

Bəs, oktyabrın 19-da dünyada daha hansı hadisələr baş verib?

1. 19 oktyabr 1781-ci ildə İngilislərin Corc Vaşinqtona təslim olmaları ilə ABŞ İstiqlal müharibəsi başa çatdı.

2. 1813-cü ilin 19 oktyabrında Napoleon müharibələrinin ən qanlı döyüşlərindən olan üçgünlük Leypsiq vuruşması başa çatıb. Ümumilikdə yarım milyondan çox əsgərin qatıldığı döyüş I Napoleonun məğlubiyyəti ilə başa çatıb. 

3. 19 oktyabr 1867-ci ildə Çar Rusiyası 6 milyon dollara Alyaskanı ABŞ-a satdı.

4. 1872-ci ilin bu günündə Avstraliyanın Yeni Cənubi Uels ştatında dünyanın ən böyük qızıl külçəsi (215 kq) tapıldı.

5. 19 oktyabr 1934-cü ildə Anadolu və Trakyada yaşayan yunanların Yunanıstanda yaşayan müsəlman-türk əhali ilə mübadilə edilməsi üçün yaradılmış Türkiyə-Yunanıstan birgə Komissiyası öz fəaliyyətini başa çatdırdı.

6. 19 oktyabr 1951-ci ildə Böyük Britaniya ordusu Süveyş kanalını ələ keçirdi.

7. 19 oktyabr 1991-ci ildə erməni silahlı dəstələri Qarabağda azərbaycanlı əhaliyə qarşı daha bir terror aktı törədib. Ağdərə rayonunun Sırxavənd kəndi yaxınlığında minik avtomaşınının partladılması nəticəsində 3 nəfər həlak olub, 2 nəfər yaralanıb.

8. 2004-cü ilin bu günündə Moskvada Ümumrusiya Azərbaycan Konqresinin II qurultayı keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin qurultayda iştirak ediblər.

Oktyabrın 19-da bu şəxsiyyətlər xatırlanır:

1. 19 oktyabr 1899-ci ildə Qvatemala yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1967) laureatı Migel Anxel Asturias (1899-1974) anadan olub. Əsərləri: “Senyor prezident”, “Dəfn olunmuşların başçısı” və s.

2. 19 oktyabr 1898-ci ildə tanınmış ədəbiyyatşünas alim, Əməkdar elm xadimi, akademik Feyzulla Qasımzadə (1898 – 29.3.1976) anadan olub.

3. 19 oktyabr 1932-ci ildə Əməkdar incəsənət xadimi, rəssam Sara Manafova (1932 –13.8.2007)  anadan olub. Füzulinin “Leyli və Məcnun” poemasına triptix, “Xocalı faciəsi. Haray” və s. tabloların müəllifidir. Əsərləri Moskvada Şərq Xalqları İncəsənəti Muzeyində saxlanılır.
4. 19 oktyabr 1972- ci ildə opera müğənnisi, Xalq artisti Fatma Səttar qızı Muxtarova (26.3.1893 – 1972) vəfat edib. 1938-ci ildən Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti olub.

5. 19 oktyabr 1995-ci ildə şair, dramaturq Novruz Gəncəli (12.9.1921 – 1995) vəfat edib.

6. Vətən Müharibəsi Qəhrəmanı Elyar Vəliyev 19 oktyabr 2020-ci ildə şəhid olub.

7. Vətən Müharibəsi Qəhrəmanı Sübhan Cəbrayılov 19 oktyabr 2020-ci ildə şəhidlik zirvəsinə ucalıb.

8. Vətən Müharibəsi Qəhrəmanı Şıxamir Qaflanov 2020-ci ilin bu günündə şəhid olub.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin