Füzulinin Cuvarlı və Qoçəhmədli kəndlərinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI 

Hazırda oxunan: Füzulinin Cuvarlı və Qoçəhmədli kəndlərinə köçürüləcək sakinlərin sayı AÇIQLANDI 

160411

"2026-ci ilin sonuna qədər Füzuli rayonunda 22 min nəfərin yaşaması planlaşdırılır. Beləki, Füzuli şəhərindəki yaşayış məhəllələri ilə yanaşı, həmçinin rayonun ərazisində 10 kəndin bərpası gözlənilir". 

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin baş məsləhətçisi Eldar Seyidov deyib. 

O bildirib ki, ümumlikdə, Cuvarlı kəndin ərazisi 115 hektar, əhalinin sayı isə 1697 nəfər olacaq. 

"1-ci mərhələdə 28.5 hektar ərazidə 125 ailə üçün fərdi yaşayış evlər inşa olunacaq. Evlər 2, 3, 4 və 5 otaqlı olacaq. Həmçinin, kənddə inzibati bina, Bayraq meydanı, Klub-icma mərkəzi, İdman sağlamlıq mərkəzi və idman meydançaları, 312 şagird yerlik məktəb və 50 yerlik uşaq bağçası da tikiləcək". 

E.Seyidovun sözlərinə görə, Qoçəhmədli kəndinin layihələndirilən ümumi ərazisi 94 hektardan çoxdur: 

"Ümumlikdə, kənddə 341 fərdi yaşayış evinin tikilməsi və 1364 nəfərin köçürülməsi nəzərdə tutulub. 1-ci mərhələ üçün 18,1 hektar torpaq sahəsi ayrılıb və burada 204 fərdi ev inşa olunacaq. Birinci mərhələdə 710 nəfərin köçürülməsi nəzərdə tutulub. Qoçəhmədli kəndində 264 şagird yerlik məktəb, 25 yerlik uşaq bağçası da inşa olunacaq. Həmçinin, kənddə inzibati bina, Bayraq meydanı, Klub-icma mərkəzi, İdman klubu, ailə sağlamlıq mərkəzi, kitabxana, qonaq evi, istirahət və yaşıllıq zonaları və iaşə obyektləri da tikiləcək. Burada əhalinin məşğulluğu üçün hər cür şərait yaradılacaq. Kənd tarixi ənənələri qorumaqla müasir üslubda layihələndirilib. Burada da alternativ enerjidən istifadə olunacaq və istilik tutumlu evlər tikiləcək". 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin