Bu gecə Qəbələ sakinləri 43 yaşlı Elnarə Tahirova və onun 17 yaşlı qızı kəsilmiş-deşilmiş xəsarətlərlə Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki Regional qrupundan Bizim.Media-ya verilən məlumata əsasən, baş vermiş insidentlə bağlı rayon polis şöbəsinə məlumat daxil olub.
MÖVZU İLƏ BAĞLI:
Qəbələdə qadın ana və qızını BIÇAQLADI
Əməliyyat qrupu tərəfindən keçirilən tədbirlərlə Qəbələ şəhər sakinlərinə kəsici alətlə xəsarət yetirməkdə şübhəli bilinən rayon sakini Salatın Əhmədiyyəzadə saxlanılıb.
İlkin məlumatalara görə, qadınlar arasında insident onlar arasında baş verən mübahisə nəticəsində qeydə alınıb. Hadisənin təfərrüatları rayon polis şöbəsinin təhqiqatçıları tərəfindən araşdırılır.
Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu