Qarabağ müharibəsinin qazaxıstanlı şəhidi – Ailəsi onun məzarını NECƏ TAPDI? – VİDEO  

Hazırda oxunan: Qarabağ müharibəsinin qazaxıstanlı şəhidi – Ailəsi onun məzarını NECƏ TAPDI? – VİDEO  

160399

Erbol Barımbetov 1992-ci ilin payızında yenicə  müstəqillik qazanan Qazaxıstanda  hərbi xidmətə  çağırılır. 6 ay Kapçekay hərbi desant bazasında xidmət edir. Bir gün Erbol Barımbetovun hərbi hissəni özbaşına tərk etməsi barədə  xəbər yayılır. Həmin vaxtdan Erbolu axtarmağa başlayan atası oğlunun harada olması barədə heç yerdən xəbər ala bilmir və Erbol Qazaxıstanda itkin kimi qeydiyyata alınır.  

Erbol 1993-cü il mayın 7-də evlərinə zəng edərək, "anama söylə, narahat olmasın" deyir və o gündən sonra, ailə oğlundan bir daha xəbər ala bilmir.  

Bizim.Media “Xəzər xəbər”ə istinadən bildirir ki, birinci Qarabağ müharibəsinə könüllü qatılan Erbol  776-cı kəşfiyyat taborunda qəhramancasına Azərbaycan topaqlarının azadlıq mücadiləsinə qoşulur.  

20 yaşlı Erbolun məzarını doğmaları 3 il əvvəl aprelin 20-də Bakıda, Şəhidlər xiyabanında tapıblar.  

Qazaxıstanın Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə qəhrəman Erbol Barımbetovun  şücaətinə həsr olunmuş kitab onun böyüyüb başa çatdığı Almata şəhərində  oxuculara təqdim olunub.  

Təqdimat mərasimində  ölkəmizin Qazaxstandakı səfiri, Qazaxtan Xarici İşlər Nazirliyinin Almatadakı səlahiyyətli nümayəndəsi, Türkiyənin və  Azərbaycanın baş konsulları, deputatlar, soydaşlarımız və  ziyallılar iştirak ediblər.  

Azərbaycanın Qazaxstandakı səfiri Ağalar Atamoğlanov "Erbol Şəhid Qarabağ" kitabını  xalqlarımızın  bir-birinin tarixinə  və  mədəniyyətinə olan dərin bağlarının təcəssümü kimi qiymətləndirib...  

Müəllif, Qazaxıstan Yazıçılar birliyinin üzvü Nasiha Kumarkızı kitabın real faktlara əsaslandığını deyib.  

Şəhidin qardaşı Nurbon Barımbetov isə qardaşının xatirəsinin əbədiləşdirilməsi üçün görülən bu işlərə görə təşəkkür edib.  

Sonda Azərbaycanın dostu, Qazaxıstan şairi Oljas Süleymanovun adında yazıçı publisist Nasiha Kamarkızına Azərbaycan-Qazaxstan mədəni əlaqələrinin inşikafındakı xidmətlərinə görə medal təqdim edilib...  

Şəhid Erbol Barımbetovun ailəsinə azərbaycanlı iş adamı Amil Yusifov tərəfindən mənzil hədiyyə olunub.  

Hazırda Qazaxstanda yaşayan həmyerlimiz Amil Yusifov "İgidliyə görə" ordeni ilə təltif edilib.  
 

Bizim.Media
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin