Xaçmazda Qudyalçay körpüsünün uçmasından sonra sürücülərin rahatlığını təmin etmək üçün yeni tikilən alternativ yol artıq hazırdır. Uçan körpünün 50 metrliyində yeni salınan alternativ yola baxış keçirilib, bir neçə avtomobil artıq yeni yoldan Xudat istiqamətinə hərəkət edib. Yol günün sonunadək sürücülərin tam istifadəsinə veriləcək.
Məlumatı Xaçmaz rayon icra başçısının müavini Bəxtiyar Osmanov özəl olaraq Bizim.Media-ya verib.
Hələlik isə alternativ yol istifadəyə verilənədək nəqliyyat vasitələri Qımılqışlaq kəndindən Quba yoluna keçməklə hərəkət edir.
Aytəkin Alxaslı, Bizim.Media, şimal bürosu