“Hacıyev, sənin atanın mənlə münasibətləri çox yaxşı olub”.
Bizim.Media xəbər verir ki, bunu məhkəməsi keçirilən Vaqif Xaçatryan zərərçəkmiş Bayram Hacıyevə deyib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın məhkəməsinin növbəti iclası BAŞLADI - VİDEO
Zərərçəkmiş isə Xaçatryana “Əgər atamı tanıyırdınsa, niyə bizə bu zülmləri etdin?” sualını ünvanlayıb.
İttihamlar qarşısında Xaçatryan yenə də “and içirəm, Meşəlidə olmamışam” deyə bildirib.
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Nuranə Daxilqızı, Bizim.Media