“Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin olunması və ödənilməsi Qaydaları”nda dəyişiklik edilib.
Bizim.Media xəbər verir ki, bu, Nazirlər Kabineti bununla bağlı müvafiq qərarında öz əksini tapıb.
Yeni qərara əsasən, şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təyin edilməsi üçün zəruri olan sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar ərizəçidən tələb edilmir.
Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin ediləcək.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
19:20 / 17.10.2023
Şəhid ailələrinin Prezident təqaüdü üçün sənədlərin əldə olunması elektronlaşdırılacaq
Hazırda oxunan: Şəhid ailələrinin Prezident təqaüdü üçün sənədlərin əldə olunması elektronlaşdırılacaq
Hazırda oxunan: Şəhid ailələrinin Prezident təqaüdü üçün sənədlərin əldə olunması elektronlaşdırılacaq
160306
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.