Təhlükəsiz sabahın zəmanəti - Məxfi qəhrəmanların Qarabağ şücaəti...

Hazırda oxunan: Təhlükəsiz sabahın zəmanəti - Məxfi qəhrəmanların Qarabağ şücaəti...

16030

Yaşından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı təhlükəsiz mühitdə olduğundan əmindir.  

Əksər azərbaycanlılarda qəribə bir güvən var. Biz başımıza pis insidentin, bədbəxt hadisənin gələcəyinə inanmırıq. Dünyanı bürüyən terror aktlarının Azərbaycanda törədiləcəyini təsəvvür etmirik.

Bizim.Media sorğuları da təsdiqləyir ki, istər Azərbaycan sakinləri, istərsə də Odlar Yurdunun qonaqları bu diyarda özlərini ən ideal təhlükəsizlikdə hiss edirlər.

Bu gün təhlükəsiz şəraitdə yaşamağımızın təminatçıları məhz DTX əməkdaşlarıdır.

Kimi onlara xəfiyyə, agent, qara maskalı, kimi də xüsusi təyinatlı deyir. Onları hər kəs tanımasa da, hamı DTX əməkdaşlarının varlığından xəbərdardır.

Bu gün azərbaycanlıların təhlükəsiz sabahına zəmanət verənlərin fəaliyyəti insanları sevindirir, sevdirir. Yerigəlmişkən, bu gün Azərbaycanda milli, dövlət təhlükəsizliyi orqanlarının yaranmasından 102 il ötür. 

 

MÖVZU İLƏ BAĞLI:

Prezidentdən DTX ilə bağlı FƏRMAN


Bir əsrə bərabər 102 il...

Bu keşməkeşli yolda onları az sınaqlar gözləmirdi. İllər keçdikcə xüsusi xidmət orqanları daha da təkminləşərək, öz peşəkarlığını mükəmməl şəkildə həyata keçirməyə davam edir.

Azərbaycanın 44 günlük Vətən savaşında da ilk sıralarda onlar yürüdülər. Düşmən gülləsinin düz üzərinə yürüyən, onları qorxuya salan xüsusi təyinatlılar oldu. Ermənilərin qorxulu yuxularına çevrilib, işğalda olan torpaqlarımızın fatehlərinə çevrildilər.

 

Bu zaman kəsiyində Azərbaycan vətəndaşı bir dəfə də olsun heç bir ixtişaşla, terror hücumuyla üz-üzə gəlmədi. Onlar Qarabağda yerinə yetirdikləri çətin missiyalarını arxa cəbhədə də öz çiyinlərində layiqincə daşımağı bacardılar. 


Bu gün  biz evimizdə, küçədə, iş yerində rahatlıqla, asudə nəfəs alıb, övladlarımızla əl-ələ rahatlıqla hər yerdə yürüyə biliriksə bunun üçün məhz onların ortaya qoyduqları peşəkar zəhmətlərinə borcluyuq.

Bu yurdun sakinləri uşaqkən insan alveri qurbanı olacağından xoflanmayıblar. Azərbaycan vətəndaşlarının heç vaxt ağlına gəlməyib ki, onlar işə gedərkən avtobus partladıla bilər. Bəlkə kimsə Bakıda silahlı bank soyğunu görüb? Yoxsa "tarqovu"da özünü və başqalarını bomba ilə öldürən kamikadzelərin şahidi olmuşuq?

Yox. Hər bir azərbaycanlı o fikirdədir ki, "Azərbaycanda terror mümkün deyil". Görəsən niyə? Xalq bu sualın cavabını son iki ildə dəqiqləşdirib. 

Çünki 2019-cu ildən bəri DTX bəzi anti-terror əməliyyatlarını tez-tez işıqlandırmağa başlayıb. Dəqiq desək, belə əməliyyatların sayı daha da artıb. Əlbəttə, bunu ilk növbədə Prezident İlham Əliyevin kadr islahatları, inkişaf və şəffaflıq (korrupsiya və rüşvətxorluqla mübarizə) siyasəti ilə əlaqələndirmək daha doğru olardı.

Ölkə başçısının müdrik siyasəti elə təhlükəsizlik orqanlarında uğurlu kadrların təyinatı ilə də yadda qaldı. 

Hazırda Azərbaycanın təhlükəsizlik orqanlarının öz inkişafında yeni mərhələyə qədəm qoyub.

 

Prezident İlham Əliyevin həyata keçirdiyi kadr siyasəti nəticəsində bu gün Azərbaycan öz təhlükəsizliyini həm daxili, həm də xarici qüvvələrə qarşı layiqincə qoruya bilir.  Günün tələbləri nəzərə alınaraq, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan geniş islahatlar fəaliyyətin daha səmərəli, məqsədyönlü və çevik təşkilinə təkan verib.


Təhlükəsizlik Xidməti eyni zamanda ölkəmizin maraqlarına qarşı təhdidlərin vaxtında aşkar edilərək müvafiq qabaqlayıcı tədbirlərin görülməsi, dövlətçiliyin və təhlükəsizliyin qorunması və möhkəmləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərir. Cinayətkarlıqla mübarizə, sabitliyin və təhlükəsizliyin etibarlı təmin edilməsi üzrə müvafiq dövlət və hüquq-mühafizə orqanları ilə mövcud olan sıx və işgüzar əməkdaşlıq əlaqələrinin bu vəzifələrin də öhdəsindən uğurla gəlməyə imkan verir.

Bu gün Ermənistan rəhbərliyi, onların Qarabağ klanı, qondarma rejimləri, revanşistləri də yaxşı bilir ki, bizim xüsusi xidmət orqanlarımızın səyi nəticəsində ermənilərə Qarabağda bir daha baş qaldırmağa imkan verməyəcək. 

Xüsusi xidmət orqanlarının götürdüyü mükəmməllik təkanı Azərbaycana qarşı yönələn istənilən təhdidi, cinayəti, iftiranı qabaqlayacaq.

Peşə Bayramınız Mübarək!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin