"Növbəti mərhələdə Xankəndi və yaxın ərazilərdə ekshumasiya işlərinin aparılması planlaşdırılır".
Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Qızıl Xaç Komitəsinin Məhkəmə-tibbi ekspertiza məsələləri üzrə koordinatoru Elif Güney Eskiköy qurumun media nümayəndələri üçün keçirdiyi brifinqdə deyib.
O, ekshumasiya işlərinin bitməsi üçün Azərbaycana təxminən 10 il vaxt lazım olduğunu bildirib:
"İnsan skeletinin bütöv şəkildə çıxarılması laborator işlərin aparılmasına müsbət təsir edir. Heç bir DNT analizi 100 faiz nəticə verə bilməz. Əgər skelet bütöv halda çıxarılsa, iki nümunə əsasında nəticə əldə edilə bilər. Sümüklər dağınıq olduğu halda laborator araşdırmalar uzun zaman ala bilər".
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
12:56 / 17.10.2023
Xankəndidə ekshumasiya işləri APARILACAQ
Hazırda oxunan: Xankəndidə ekshumasiya işləri APARILACAQ
Hazırda oxunan: Xankəndidə ekshumasiya işləri APARILACAQ
160234
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.