Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılmasına köməyə getdiyi üçün ermənilər tərəfindən qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Vaqif Xaçtryanın cinayət işi üzrə ittiham aktınında qeyd edilib.
MÖVZU İLƏ BAĞLI:
Xaçatryan işgəncə verdiyi daha bir şəxslə ÜZLƏŞDİ – VİDEO
Bildirilib ki, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları, 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayat Eldar oğlu, 06 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) Ne-li herbi hissesinin hərbi qulluqçulan, 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 09 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlunu ve könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu Vaqif Xaçaturyan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetirilib.
Bizim.Media