“Məhkəmədə oturanlar hamısı vaxtilə mənə yaxın adamlar olub. Mən onlara zərər vurmamışam”.
Bizim.Media xəbər verir ki, bunu Meşəli kəndində soyqırımı törətmiş Vaqif Xaçatryan məhəkəmə iclasında deyib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəməsi başladı - FOTO/VİDEO
“Meşəli kəndində zərərçəkmiş Ramil Kazımov mənim qardaşımla kirvə olan İbrahim Kazımovun oğludur”, - deyə Xaçatryan bildirib.
Qeyd edək ki, bu gün Yasamal Rayon Məhkəməsində Meşəli cəlladı Vaqif Xaçatryanın məhkəmə iclası keçirilir. Cinayət işi Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Nuranə Daxilqızı, Bizim.Media