Bizim.Media dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.
Qoç - əyləncə və istirahət zamanı deyil. Səhər saatlarından etibarən vaxtınızı işə sərf edin.
Ay və Tefeyanın münasibətləri sizdən müstəqil, təkbaşına iş tələb edir. Bu gün real olaraq faydalı iş görün, nəticəni səbatlı edin. Belədə gün sizdə razılıq hissi yaradacaq.
Hansısa çətin işi təşkil etmək, yükü və həll olunası nüansların sayının artırılması cəhdləri uzun-uzadı, faydasız müzakirələrə səbəb ola bilər.
İnformasiya axtarışı ilə bağlı gözlənilməz tələbat yarana bilər.
Şəxsi münasibətlərdə ehtiyatlı olun, çünki mübahisə ehtimalı var.
Buğa - Fobos və Deymos bu gün sizdən ifrat tənqidə varmamağı tələb edlir. Hətta dəyişikliklərə ciddi ehtiyac duyulduğu görünsə də, soyuqqanlı olun. İşdə həmkarlarınız, evdə isə yaxınlarınızın qəlbini sındırmadan situasiyaya təsir imkanlarını arayın.
Müdriklik, praktik davranış sizə zamandan maraqlarınızın təminatı üçün yararlanmağa imkan verəcək.
Yanınızdakı insanlar tənbəllik və ya ətalətlidirsə, irəliyə doğru gedin.
Perspektivlər genişlənir. Mühüm məsələni tez həll etmək, nə barədəsə razılığa gəlmək, gərəkli informasiyanı almaq olar. Müəyyən maraq sizi yola çağıra bilər. Sizdən uzaq olan tanışlarla yazışın, onlardan birinə zəng vurun.
Əkizlər - yaxın ətrafınız sizdən yeni öhdəliklərin yerinə yetirlməsini istəyə bilər. Səlahiyyətlərinizin bir qismini istəyəcəklər, sizdən əsla sevmədiyiniz rolda olmağınızı xahiş edəcəklər.
Yaranmış müşkülləri həll edin, müxtəlif işlərin sonuclarını birləşdirin. İşlərin uğurla davam etməsi üçün detalları dəqiqləşdirin.
Valideynlərə və ya qohumlardan birinə yardım gərək ola bilər.
Şəxsi münasibətlərdə təşəbbüs istənilən effekti verməyəcək. Emosiya və hisslərdə müəyyən durğunluq var. Axşam saatlarını özünüzə ayırın.
Xərçəng - bu gün ön planda iş və yalnız iş norlmalıdır. Əsas diqqəti detallara, təfərrüatlara, xırdalıqlara ayırın. Alınan informasiyanı sistemləşdirin.
Pəhriz, orqanizmdəki problemlərin aradan qaldırılması, emosiyaların sakitləşdirlməsi üçün əlverişli gündür. Yaxınlarınızla münasibətlərdə böyük mövzuların müzakirəsinə ehtiyac yarana bilər.
Ailənin yaşlı üzvlərinə daha çox diqqət ayırın. Qarşılıqlı anlaşma, müxtəlif yaşlı insanlar arasında münasibətlərdə səmimiyyətdə problemlərin yaranması istisna deyil.
Səfərlərdə diqqətli olun. Hər şey barədə dərhal düşünüb kompleks qərar verməyə tələsməyin. Təhlükəsizliyə riayət edin, əşyalarınızı gözdən qoymayın.
Şir - əməkdaşlığı dəyərli saydığıınız insanlara qarşı bu gün tələb və iddiaların sayını artırmayın. Problemlərin işdəki çatışmazlıqları aşkarladıqları müstəvilərdəki qərarlar radikal ola bilər.
Sinope və Oberonun münasibətləri bu gün nəyinsə dağılacağını, çökəcəyini, sıradan çıxacağını göstərir. İşlərdə və münasibətlərdə eksperimentlər aparmağa təşəbbüs göstərməyin.
Təhlükəsizliyinizin təminatını düşünün, təlimatları pozmayın, şər qarışandan sonra yad məkanlarda dolaşmayın, yanınızdakı insanlara öz mövqeyinizi təlqin etməyə can atmayın.
Hadisələrin ənənəvi məcrasına yeniliklər etməyin. Əhvalınızın təsirinə düşüb addım atmayın. Şəxsi münsibətlərdə umu-küsü üçün səbəb aramayın. Sevdiyiniz insanın səhvlərini bağışlayın.
Qız - bu günün təmayüllərini hiss edin, hər şeyin qaydasında olduğunu yoxlayın. Vədlərinizi yerinə yetirin, çünki sizinlə bağlı gözləntilər var.
Yaxınlarınız, dəyər verdiyiniz insanlar və sevgilinizlə münasibətlərdə güzəştə getməyi bacarın.
Yardıma ehtiyacı olan insana kömək edin.
Kallisto və Mirandanın münasibətləri sizə gərgin gün yaşadacaq. Emosiyaların əsiri olsanız, enerjinizin sərfi konstruktiv olmayacaq və pərişan qalacaqsınız. Sakit, rəvan, ritmik iş soyuqqanlı davranışı bərpa edəcək.
Münasibətlərdə təhlükəli döngələrə yol verməyin. Yaradıcı işlə məşğulsunuzsa, fantaziyanız mütləq özünü büruzə verəcək.
Tərəzi - Amalteya və Haron bu gün sizdən özünüzə qarşı tələbkarlığı azaltmağı, yaxın ətrafınızdakı insanlarla münasibətlərdə daha soyuqqanlı və həlim olmağı tələb edir.
Görməli olduğunuz işlərin siyahısı böyüyə bilər. Ona görə də işlərin bir qismini həmkarlarınız və ya ailə üzvləriniz arasında bölüşdürün.
Mübahisələrə qüvvə və vaxt sərf etməyin. Perspektivdə sizə mane ola biləcək problemlərin aradan qaldırılmasına başlayın. Səhhətinizə fikir verin. Pəhriz saxlamaq, idmanla məşğul olmaq pis deyil.
İstədiyiniz yox, etməli olduğunuzu yerinə yerinə yetirmək o qədər də çətin iş deyil.
Əqrəb - günün şərtləri və yaşanan hadisələrlə barışın, bəzi məqamlara sərt etiraz etməyin.
Uğursuzluq zolağının davam etməsindən narahat olmayın. Hansısa nəsnələri əldə etmək üçün bəzi məqamlardan imtina etmək gərəkdir.
Situasiyanın dərk edilməməsi, günün tələblərinin inkar olunması səhhətinizə mənfi təsir etməklə yanaşı, infeksiyalara və bakteriyalara müqavimət imkanlarınızı aşağı sala bilər.
Əvvəlki günlərlə müqayisədə daha gərgin iş rejimində çalışmaq ehtiyacı yarana bilər. Borcları qaytarın, yardım edin. İndi dəyişkiliklər astanasındasınız. Əlaqələriniz nə qədər çox, ünsiyyət dairəniz nə qədər geniş olarsa, perspektivlər bir o qədər maraqlıdır.
Hər şey istədiyinizdən bir qədər fərqli ola bilər. Eyb etməz, hədəflərə doğru əzmlə gedin.
Oxatan - bu gün münaqişə və mübahisələrdə iştirak etməyin, kiminsə tərəfini tutub aqressiv davranmayın. Tefeya və Umbrielin arasındakı münasibətlər sizdən təmkinli davranmağı, mühüm işi və ya layihəni sakit planlaşdırmağı tələb edir.
Emosiyalarınızı şəxsi münasibətlərin təhlükəsizliyi çərçivəsində saxlayın. İşdə həmkarlarınızı, tərəfdaşlarınızı, şərikinizi və ya tanışlarınızı sərt tənqid etməyin, tələsdirməyin.
Günün ikinci yarısı görəcəyiniz işləri səhər saatlarında müəyyənləşdirin.
Nahardan sonra bütün proseslər sanki sürəti bilərəkdən azaldılmış rejimdə olacaq. Məqsədə çatmaq üçün daha çox vaxt gərəkdir. Gün ərzində emosional gərginlik qalacaq.
Axşam saatlarında sakitləşin, ahəstə istirahətə üstünlük verin.
Oğlaq - Günəş, Pluton və Saturn arasındakı münasibətlər bu gün qətiyyətinizi bir qədər azalda bilər. Müvazinətin, onsuz da, zəif olduğu situasiyalarda kiməsə təzyiq göstərmək fikrinə düşməyin.
Şərtləri sağlam məcraya yönəldin.
Sizə mane olmağa çalışan insanlara qarşı hələlik taktiki davranış nümayiş etdirin. Sizə vaxt gərəkdi. Az sonra isə gərəkli hesab etdiyiniz işlə məşğul ola bilərsiniz.
Məqsədə doğru qətiyyət və əzmlə irəliləyin. Gərginlik, maneələr, sədlər artacaq - amma geri çəkilməyin, inadkar olun. Günün şərtləri sizi bir neçə variant arasında seçimə vadar edəcək.
Prioritetləri düzgün müəyyənləşdirin. Orqanizmin ehtiyacları və tələbatı ilə bağlı sizə siqnal verdiyi simptomlara diqqət kəsilin. Axşam saatlarında ağrı hiss edə bilərsiniz.
Dolça - tam qüvvə və səy ilə çalışın, günün tələblərini qulaqardına vurmayın.
Kiminsə sizə öz iradəsini təlqin etməyə cəhd göstərməsini istəmirsinizsə, büstübün məşğul ola biləcəyiniz iş tapın. Gərgin işlə məşğul olsanız, kimsə sizi əməlinizdən yayındıra bilməz.
İşdə hakimiyyətin, statusun və əlaqələrin qismən itirilməsi mümkündür. Sizdən nəyisə qurban verməyi, hansısa məqamda güzəştə getməyi, planlaşdırılmamış işlə məşğul olmağı istəyəcəklər.
İşinizdə qismən müstəqilsinizsə, yaranmış çətinliklər, reallaşmamış arzuları təhlil edin, səhvləri araşdırın və yeni fəaliyyət planı hazırlayın.
Cəsur olun, cəsarətli qərarlar verin. Mühüm məsələ ilə bağlı qərar qəbul etməyə ehtiyac yaranarsa, emosiyaları unudun.
Balıqlar - yerinə yetirmədiyiniz vədləri bu gün sizə xatırladaraq əlavə iş və yük yarada bilərlər. Heç bir motivi olmayan depressiya istisna deyil. Ay və İonun münasibətləri sizdən narazılığı, ruh düşkünlüyünü işlə yatırmağı tələb edir.
İş çox və çətin olarsa, gün bir qədər tez keçəcək, neqativ təəssüratlara bir o qədər az vaxt qalacaq. Dostlar sizi sevindirə bilər.
Əhvalınızın sürətlə dəyişməsinə rəğmən, hadisələrin yenilənən məcrasına uyğunlaşmağa çalışın. Yeni nə varsa, sizə cəzibədar, eyni zamanda qıcıqlandırıcı təsir bağışlaya bilər.
Problemə yeni nəzər-nöqtəsindən baxsanız, uğur qazanacaqsınız. Heç nəyi kökündən dağıtmağa səy göstərməyin.
Bizim.Media