Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Xaçaturyanın məhkəməsində ittiham aktı elan olunub.
Bizim.Media xəbər verir ki, ittiham aktını dövlət ittihamçısı - Baş prokurorun böyük köməkçisi, 3-cü dərəcəli dövlət ədliyyə müşaviri Müqəddəs Sultanov elan edib.
MÖVZU İLƏ BAĞLI:
Vaqif Xaçatryanın növbəti məhkəməsi başladı - FOTO/VİDEO
Qeyd edək ki, cinayət işi Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə araşdırılır.
Nuranə Daxilqızı, Bizim.Media