Gəncədə erməni terroru qurbanlarının xatirəsi anılır

Hazırda oxunan: Gəncədə erməni terroru qurbanlarının xatirəsi anılır

160201

Ermənistan silahlı qüvvələrinin Gəncəni növbəti dəfə raket atəşinə tutmasından üç il ötür. 2020-ci il oktyabrın 17-də erməni silahlı birləşmələri Gəncə şəhərini təxminən yerli vaxtla gecə saat 1 radələrində “Skat” ballistik raketləri ilə hədəf alması nəticəsində 15 mülki şəxs ölüb, 55 nəfər yaralanıb.

Bizim.Media xəbər verir ki, bu gün ictimaiyyət nümayəndələri və şəhər əhalisi Gəncənin Ermənistan silahlı qüvvələri tərəfindən raket atəşinə tutulması nəticəsində dağılan ərazini ziyarət edərək, şəhid olan mülki şəxslərin əziz xatirəsini ehtiramla yad edirlər.

Xatırladaq ki, Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncəyə 4, 5, 8, 11 və 17 oktyabr 2020-ci il tarixlərində xüsusilə gecə saatlarında əhalinin yatdığı vaxt xaincəsinə təşkil olunmuş hücumlar nəticəsində 10 nəfəri kişi, 10 nəfəri qadın və 6 nəfəri uşaq olmaqla, 26 dinc sakin qəsdən öldürülüb, 6 ailə tamamilə məhv edilib.
Xəsarət alanlardan 86 nəfəri kişi, 57 nəfəri qadın, 32 nəfəri uşaq olmaqla, 175 mülki şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan 24 nəfəri 60 yaşdan yuxarı, 21 nəfəri 5-18 yaş arası, 11 nəfəri 5 yaşadək olub. Terror hadisələri zamanı mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin