Dövlət rüsumunu ödəyən 4 taksi şirkətinin fəaliyyətinə İCAZƏ VERİLDİ – RƏSMİ 

Hazırda oxunan: Dövlət rüsumunu ödəyən 4 taksi şirkətinin fəaliyyətinə İCAZƏ VERİLDİ – RƏSMİ 

160102

“Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən, taksi sifarişi operatoru fəaliyyətinə icazələrin verilməsinə başlanılıb. Artıq 4 şirkət müvafiq sənədləri elektron sistem üzərindən təqdim edərək icazənin alınması üçün Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) müraciət edib. 

Bu barədə Bizim.Media-ya açıqlamasında AYNA-nın mətbuat katibi Tural Orucov məlumat verib. 
 

MÖVZU İLƏ BAĞLI:

Taksiylə sərnişin daşımalarına dair YENİ TƏLƏBLƏR qüvvəyə mindi


Onun sözlərinə görə taksi sifarişi operatorlarının fəaliyyətinin müvafiq icazə əsasında tənzimlənməsi sərnişinlərin təhlükəsizliyi və rahatlığının təmin edilməsi baxımından önəmlidir:

“Belə ki, sözügedən icazə taksi sifarişi operatorunun təqdim etdiyi xidmətlərin, o cümlədən müştərilərin fərdi məlumatlarının təhlükəsizliyinin standartlara uyğunluğunu təsdiqləyir. “Fərdi məlumatlar haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, taksi sifarişi operatorlarının xidmət göstərdikləri zaman istifadə etdikləri fərdi məlumatların informasiya sistemləri dövlət qeydiyyatından keçirilməli və fərdi məlumatların mühafizəsi ilə bağlı tələblərə riayət edilməlidir”. 

Tural Orucov həmçinin qeyd edib ki, taksi sifarişi operatorlarının informasiya sistemlərində olan taksi sifarişləri, habelə sürücünün iş və istirahət rejimi ilə bağlı məlumatlar AYNA İnformasiya Sisteminə real vaxt rejimində ötürülməlidir.

Xatırladaq ki, taksi sifarişi operatoru fəaliyyəti göstərmək üçün dövlət rüsumu ödənməlidir. Bu qaydanın tətbiqinə oktyabrın 1-dən başlanıb. Digər yeniliklər isə buraxılış vərəqəsi və icazə kartı ilə bağlıdır. Taksi minik avtomobilləri ilə sərnişin daşımalarına buraxılış vəsiqələri, o cümlədən taksi sifarişi operatoru fəaliyyətinə icazə 7 il müddətinə veriləcək. Bu, “Avtomobil nəqliyyatı haqqında” qanuna təklif edilən dəyişiklikdə öz əksini tapıb. 

Layihəyə əsasən, taksi minik avtomobili ilə sərnişin daşımalarında istifadə olunan avtonəqliyyat vasitələrinin texniki göstəriciləri, daxili və xarici tərtibatı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi tələblərə uyğun olmalıdır. 

Həmin tələblərə cavab verməyən avtonəqliyyat vasitəsinə buraxılış kartının verilməsindən imtina olunacaq, verilmiş buraxılış kartının isə hüquqi qüvvəsi dayandırılacaq və ya o, ləğv ediləcək.

Alçina Amilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin