İşdən çıxarıldığı iddia edilən Araz İmanovdan İLK AÇIQLAMA – ÖZƏL  

Hazırda oxunan: İşdən çıxarıldığı iddia edilən Araz İmanovdan İLK AÇIQLAMA – ÖZƏL  

160049

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanov işdən çıxarıldığı ilə bağlı məlumatlar yayılıb. 

Sözügedən xəbərlərlə bağlı Araz İmanov Bizim.Media-ya açıqlamasında bildirib ki, onun bu barədə məlumat vermək ixtiyarı yoxdur:  
 

MÖVZU İLƏ BAĞLI:

Xankəndidəki abidəyə bayrağımızı asan Araz İmanov İŞDƏN ÇIXARILDI  


“İşlədiyim yerdən dəqiqləşdirin. Məsələni rəhbərliklə dəqiqləşdirmək lazımdır. Mənim bu barədə məlumat vermək ixtiyarım yoxdur”.  

Qeyd edək ki, Araz İmanovun lokal antiterror tədbirlərindən sonra “Biz və bizim dağlar” abidəsi üzərində Azərbaycan bayrağı asıb, foto paylaşması böyük marağa səbəb olmuşdu. Araz İmanovun işdən çıxarılması məhz bu davranışı ilə əlaqələndirilir.  

Nuranə Daxilqızı, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin